Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Məşhur holdinqin vergi borcu olan şirkəti ləğv olundu

Əsası 1988-ci ildə qoyulmuş “EL Holdinq”ə daxil olan “EL ENGİNEERİNG” MMC ləğv olunduğunu elan edib. 
Qaynarinfo xəbər verir ki, elanda kreditorlara iki ay ərzində tələblərini Az1095 Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr, ev 93, mənzil 27 ünvanına bildirməyi qeyd olunub.
Qeyd edək ki, “EL ENGİNEERİNG” MMC  23 oktyabr 2013-cü il tarixində yaradılıb. Şirkətin əsas fəaliyyəti kimya, neft emalı sahələri üçün avadanlıq və ehtiyat hissələrinin istehsalı və quraşdırılması olub.
Şirkətin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Fəhrətov Tahir Əşrəf oğludur.
Şirkətin hazırda 776 manat 73 qəpik vergi borcu var.
Ötən ilin iyun ayında da “El Holding”ə daxil olan iki şirkət –  “Ameqo” MMC və “El Trade” MMC ləğv olunmuşdu.
Loading...

www.yenicag.az

164