Məşhur modelin gözəllik sirləri
Məşhur model gözəllik SİRRİni açıqladı
Qisele Bünxenin gözəllik sirri çox sadədir.
Uşaq sahibi olmasına rəğmən gözəl bədən ölçülərini qoruyub saxlayan Qisele səhərlər mütləq idman edir. Yatağında rahat yatmaq əvəzinə səhər yürüşünə çıxır.
Yoqa və meditasiyaya çox vaxt ayırmağa çalışır. Bunun, onun ruh halına yaxşı təsir etdiyini və rahatlatdığını deyir. Masaj etdirməyi xoşlayır.
Günəşlənməyi də çox sevir. Günəşə çıxmadan əvvəl 30 faktorlu günəş kremini vurmağı unutmur.
Son olaraq da həkimlərin məsləhət gördüyü bir qaydaya əməl edir – çox su içir! Çölə çıxdıqda isə sadəcə gözlərinə tuj vurur. Bir də sevdiyi ətrini çantasına qoymayınca çölə çıxmaz. (ailem.az)