Məşhur Okmeydanı sökülür – Video
Türkiyədə Okmeydanının 1 milyon 600 min kvadrat metrlik bölgəsi dağıdılıb yenidən tikiləcək.
Fetihtəpə, Kaptanpaşa, Keçecipiri, Piripaşa və Piyalepaşa məhəllələrini əhatə edən, təxminən 1 milyon 600 min kvadrat metrlik bölgəni riskli məkan elan edərək bütün binaların dağıdılıb yenidən tikiləcəyinə qərar verilib. Qərar Bəyoğlu Bələdiyyə Məclisi tərəfindən səs çoxluğu nəticəsində verilib.
Okmeydanında təxminən 82 min əhali, 5 min 600 bina, 18 min 800 mənzil və 5 min 500 ticarət sahəsi var.
Qeyd edək ki, Okmeydanı Türkiyənin əsas etirazların məkanı olan bir yer kimi tanınır.