!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur türk professor Bakıda seminar verdi - FOTO/VİDEO

!Reklam – Yazi

Bu gün Bakıda Türkiyənin məşhur alimi, İstanbul Şəhər Universitetinin professoru doktor Mustafa Özəl seminar verib.

Yenicag.az xəbər verir ki, MÜSİAD Azərbaycan təmsilçiliyi və TİKA Bakı Koordinatorluğunun təşkilatçılığı ilə keçirələn seminarda MÜSİAD-ın Azərbaycan təmsilçisi Abdurrahman Uzun, TİKA Bakı koordinatoru Teoman Tiryaki, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat, Bakı Yunis Əmrə İnstitutunun müdiri Cihan Özdemir, ictimaiyyət və mətbuat nümayəndələri qatılıblar.

Seminarda çıxış edən MÜSİAD-ın Azərbaycan təmsilçisi Abdurrahman Uzun bunun qurum tərəfindən təşkil edilən sayca üçüncü seminar olduğunu vurğulayıb və belə tədbirlərin mütəmadi olaraq keçiriləcəyini qeyd edib.

Daha sonra çıxış edən doktor Mustafa Özel “Amerika əsrinin sonu” kitabından danışıb. O, bildirib ki, kitabın təməl məzmunu XXI əsrdə Amerikanın ikinci dərəcəli güc olmaq məcburiyyətində qalmasıdır.

Çünki Avropa və Yaponiyanın bəlli üstünlükləri mövcuddur:

“25 il əvvəl “Amerika əsrinin sonu” adlı kitab yazdım. Kitab çox ciddiyə alınmamışdı və oxucuların sayı da kifayət qədər az idi. Lakin bu kitabıma görə fikir mükafatına layiq görülmüşdüm.

Kitabda iqtisadi mövcud şəraitdə dövlətlərin hegemonluğu iqtisadi təməlli olduğundan bəhs edilir”.

Seminarın sonunda doktor Mustafa Özəl jurnalistlərə açıqlama verib.

www.yenicag.az

1299
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv