!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mətanət AİLƏ SİRRİNİ AÇDI: “Atamgil məni avtobusdan düşürüb tezbazar ərə verdilər”

!Reklam – Yazi

“Birinci Qarabağ savaşı başlayanda müharibəyə gedirdim, atam qoymadı”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Mətanət Əliverdiyeva deyib.

O, özü ilə bağlı ilk dəfə olaraq maraqlı fakt açıqlayıb:

“Bu faktı ilk dəfədir ki, açıqlayıram. Birinci Qarabağ savaşı başlayanda müharibəyə gedirdim, atam qoymadı. Çünki mənim xarakterim budur.

Avtobusa minmişdim, atam düşürdü, yarıyoldan geri qaytardı. Dedi, hara gedirsən, bu qədər oğlanlar var, qardaşın var, mən varam, biz gedərik, sənin nə işin var orada?! Sonra tezbazar məni ərə verdilər.

Hətta İkinci Qarabağ müharibəsi başlayanda Müdafiə Nazirliyində tanıdığım insanlar, dostlarım var idi. Gəldim ki, mən də müharibəyə gedirəm, dedilər, otur, oturduğun yerdə, sən bizə burada lazımsan. Yəni onda da icazə vermədilər”.

Nehru

COP29

www.yenicag.az

379
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv