!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mətbuat işçilərinə şad xəbər: Bu məhsulların üzərindən ƏDV götürülür

!Reklam – Yazi

Nazirlər Kabinetindən (NK) ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızları üzərindən əlavə dəyər vergisinin (ƏDV) götürülməsi ilə bağlı təklifə münasibət bildirilib.

Yenicag.az xəbər verir ki, qeyd olunub ki, Vergi Məcəlləsinin 164.1.7-ci maddəsinə əsasən, KİV məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad edilib. Hesab olunur ki, sözügedən azadolma bu sahədə istehsal olunan məhsulların satış qiymətinin azalmasına müsbət təsir edir.

Vergi Məcəlləsinin 164.1.35-ci maddəsinin müddəalarına əsasən, siyahısı Azərbaycan Prezidenti tərəfindən müəyyən olunan xammalın və materialların idxalının ƏDV-dən azad edilməsi nəzərdə tutulub.

Qəzet kağızı və hazır çap məhsulları həmin siyahıya daxil edildiyi halda qeyd olunan malların idxalı ƏDV-dən azad oluna bilər.

Qeyd edək ki, ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızları əvvəllər ƏDV-yə cəlb edilmirdi. Artıq bir neçə ildir ki, bu verginin tətbiqinə başlanılıb.

www.yenicag.az

1507
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv