!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Meteohəssas adamların NƏZƏRİNƏ – “Risk qrupuna daxil olan insanlarda...”

!Reklam – Yazi

“Afrikadan gələn isti hava qüvvələrinin ölkəmizə təsiri olacaq, amma bu qlobal istiləşmələrin olacağına yetərli qədər səbəb ola bilməz”.

Bu sözləri Yenicag.az-a açıqlamasında metrologiya üzrə mütəxəssis Cavidan Əliyev qeyd edib.

Mütəxəssis son günlər ölkə ərazisində davam edən isti havaların səbəblərini izah edib.

Xatırladaq ki, Afrikadan çıxan isti hava dalğası Aralıq dənizi üzərindən Türkiyəyə daxil olub və son günlər ölkənin şimalına doğru yayılmağa başlayıb.

O bildirib ki, mart ayında müxtəlif zamanlarda dəyişkən hava temperaturu müşahidə olunub:

“Məsələn, 2004-cü ilin martın 20-30 aralığında da davamlı isti hava dalğaları müşahidə olunmuş və temperatur 30 dərəcəni keçmişdi. Halbuki, bu yay göstəriciləri hesab olunur. Həmin ilin martın 30-u temperatur 8 dərəcəyə enmiş, aprelin 1 isə güclü sulu qar yağmışdı.

Ümumilikdə, bu ayda “insanların halı pisləşir” deməyə ehtiyac yoxdur. Bu daha çox vaxt psixoloji problemdir. Bu durum ancaq meteohəssas insanlara, ürək damar xəstəliklərində boğulma, ürəkbulanma halları yarada bilər. Risk qrupuna daxil olan insanlarda ciddi xəstəliklər varsa müalicələrinə diqqətlə yanaşsınlar”.

Leyla Fərzəliyeva

www.yenicag.az

175
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv