Metroda həyəcanlı anlar-Video
Bu gün səhər saat 08 radələrində Bakı Metropolitenində həmişə olduğu kimi yenə də nasazlıq baş verib.
Hadisə metronun “Elmlər Akademiyası” stansiyasında qeydə alınıb.
Belə ki, sərnişinlərin sıx olduğu bir vaxtda stansiyanın çıxış istiqamətində işləyən eskalatoru yenə də dayanıb. Nəticədə eskalatorla yuxarı qalxan sərnişinlər təşviş keçirib.
Hadisə nəticəsində stansiyada sərnişin sıxlığı yaşanıb. Təxminən 5 dəqiqə müddətində eskalatordakı sərnişinlər ayaqla qalxmalı olublar.
“Elmlər Akademiyası” stansiyasının növbətçisi sərnişinlərə eskalatorun naməlum səbəbdən dayandığını bildirib. Növbətçi sərnişinlərə ehtiyatlı olmağı tövsiyyə edib.
Qeyd edək ki, dekabrın 3-də də eyni hadisə baş vermişdi. Eyni eskalator dayanmışdı. Maraqlıdır ki, dayanan eskalator yay aylarında bir neçə ay təmirə dayandırılmışdı. Eskalator əsaslı təmirdən sonra sentyabrın 15-dən sərnişinlərin istifadəsinə verilib.