!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Metronun bu stansiyası bağlandı

!Reklam – Yazi

Bu gün metronun “Xətai” stansiyasının təmirə bağlanır.

Yenicag.az xəbər verir ki, Bakı metropoliteninin 1968-ci ildə istismara verilmiş “Xətai” stansiyasında istismar müddəti başa çatan eskalatorların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb.

Stansiya birçıxışlı olduğu üçün təmir dövründə onun bağlanması zərurətə çevrilib. Bunu nəzərə alaraq, “Xətai” stansiyası 2018-ci il sentyabr ayının 27-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq. Həmçinin “Cəfər Cabbarlı-Xətai” istiqamətində və əksinə olmaqla, sərnişin qatarlarının hərəkəti dayandırılacaq. Bütün təmir-bərpa və quraşdırma işlərinin 2019-cu il avqust ayının 10-da başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, “Xətai” stansiyasında təmir-bərpa işləri səbəbindən “Xətai-Cəfər Cabbarlı” mənzilində də sərnişin qatarları hərəkət etməyəcək. Lakin “Cəfər Cabbarlı”stansiyası fəaliyyətini davam etdirəcək. Sərnişinlər buradan “28 May” stansiyasına keçid kimi istifadə edə biləcəklər.

www.yenicag.az

21181
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv