“Mi-17” helikopteri qəzaya uğradı
Rusiya istehsalı olan “Mi-17” helikopteri Meksikada qəzaya uğrayıb.
Yenicag.az-ın məlumatına görə, hadisə Valye-Verde (San-Luis-Potosi ştatı) yaxınlığında baş verib.
Helikopter Keretaro əyalətindəki meşə yanğınlarının söndürülməsi işində iştirak edib.
Helikopterdə yeddi nəfər olub, onların taleyi haqqında rəsmi məlumat verilməyib.