Millət vəkili bu quruma prezident seçildi

media-hightechnic-468x90

Bakıda “Hyatt Regency” otelində Türk Dövlətləri Autizm Federasiyasının Bakı konfransı keçirilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Tatarıstan Respublikasının autizm təşkilatlarının nümayəndələri iştirak edib.

Konfransda TDAF-ın prezidenti Elnur Məmmədli hesabatla çıxış edib.

Konfrans çərçivəsində Tatarıstan və Türkmənistan autizm təşkilatları TDAF-a üzv qəbul edilib, qarşılıqlı fəaliyyət protokolu imzalanıb, həmçinin və təşkilati məsələlərə baxılıb.

Milli Məclisin deputatı Vüqar İsgəndərov yekdilliklə Türk Dövlətləri Autizm Federasiyasının fəxri prezidenti seçilib.

1-2 may tarixlərində təşkilatın beynəlxalq sərgisi və konfransı keçiriləcəkdir.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05