CHP-li millət vəkili TBMM-də laz dilində danışarkən mikrofon bağlanıb.
Yenicag.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Bildirilir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) Rizə millət vəkili Tahsin Ocaklı Türkiyə Böyük Millət Məclisində (TBMM) lazca çıxış edərkən mikrofonu söndürülüb.
O, mikrofonu söndürülməmişdən əvvəl deyib:
“7 yaşında türkcə öyrənən, 7 yaşına qədər lazca danışan bir millət vəkili kimi qarşınızdayam. Anam və ailəmlə ünsiyyətdə olanda hələ də lazca danışıram. İndi anam məni ekran qarşısında gözləyir.
Mən anam üçün qurduğum bir neçə cümləni deməyə başlayanda toxunulmazlığı olan bu mikrofonu söndürəcəklər.
Tahsin Ocaklı hazırladığı türkcə və lazca yazıları göstərib.
“Anam üçün deyəcəklərimin lazca variantı burada, türkcə variantı da burada yazılıb.
İndi mən bunu laz dilində oxumağa başlayacağam və bu parlamentdə mikrofonumun söndürülməsinə səbəb olacaq”, – o əlavə edib.
Xuraman Etibarlı
www.yenicag.az