Reklam: High Technic
hightechnic

Millət vəkili ictimai nəqliyyatdakı problemlərdən danışdı: “Şirkətlər məsuliyyətə cəlb olunmalıdır”

Milli Məclisin bu gün keçirilən plenar iclasında ictimai nəqliyyat sahəsində mövcud olan problemlərdən danışılıb.

Yenicag.az xəbər verir ki, plenar iclasda çıxış edən millət vəkili Fəzail Ağamalı ictimai nəqliyyat vasitələrinin törətdiyi qəzalara toxunaraq problemlərin aradan qaldırılması üçün bəzi təkliflər irəli sürüb.

Fəzail Ağamalının sözlərinə görə, yollarda qəzalara səbəb olan sürücüləri işə götürən özəl şirkətlərin məsuliyyətləri müəyyən olunmalıdır: “Bir neçə gün əvvəl Bakıda qatarın avtobusla toqquşması nəticəsində qəza baş verib. Ölən və yaralananlar olub. Çox təəssüf ki, bu, yeganə hal deyil. İctimai nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzaların ümumi sayında ciddi artım var və bu narahatlıq doğurur. Hesab edirəm ki, qəzaların sayının artmasında sürücüləri işə götürən özəl şirkətlərin məsuliyyəti müəyyən olunmalıdır. Onlardan belə işlərə yarımayan sürücüləri niyə işə götürdüklərini soruşmaq lazımdır. Mən hesab edirəm ki, gərək cinayət və inzibati xətalar məcəlləsinə dəyişikliklər edilsin və həmin nəqliyyat şirkətlərinin bu məsələyə dair məsuliyyətləri orada öz əksini tapsın”.

A.Zeynalov

www.yenicag.az

2506