Millidən biabırçı məğlubiyyət - VİDEO
Matç bitdi. Görüş yığmamızın 5:0 hesablı məğlubiyyəti ilə başa çatdı.
***
İslandiya 74-cü dəqiqədə 5-ci qolunu vurur. Kristian Hlinsson fərqlənir.
***
66-cı dəqiqədə Albert Qudmundsson İslandiyanın 4-cü qolunu qapımızdan keçirir.
***
İsak Berqmann Yohannesso 55-ci dəqiqədə dubl edərək adını yenidən tabloya yazıdırır. 3:0.
***
47-ci dəqiqədə İsak Berqmann Yohannesso hesab arasındakı fərqi artırır.
***
İkinci hissə başladı.
***
45+1-ci dəqiqədə İslandiya hesabı açır. Palsson komandasını hesabda önə çıxarır.
***
Matç başladı.
Bu gün Azərbaycan DÇ-2026-nın seçmə mərhələsində ilk oyununa çıxır.
Yenicag.az millimiz səfərdə İslandiya yığması ilə üz-üzə gələcək.
Reykyavikdəki “Lauqardalsvöllur” stadionunda baş tutacaq görüşü niderlandlı hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi D qurpunda Fransa, Ukrayna və İslandiya yığmaları ilə mübarizə aparacaq.
DÇ-2026
Seçmə mərhələ, D qrupu
5 sentyabr
22:45. İslandiya – Azərbaycan
Baş hakim: Sander van der Eyk
***
Komandaların start heyətləri açıqlanıb:
İslandiya: 1. Elias Rafn Olafsson, 3. Daniel Leo Qretarsson, 5. Sverrir İnqason, 4. Viktor Palsson, 23. Mikael Ellertsson, 7. Hakon Haraldsson (k), 8. İsak Berqmann Yohannesso, 16. Stefan Tordarson, 10. Albert Qudmundsson, 11. Yon Daqur Torsteinsson, 22. Andri Qudyonsen Ehtiyat oyunçular: 12. Hakon Valdimarsson, 13. Anton Eynarsson, 2. Loqi Tomasson, 6. Gisli Tordarson, 9. Saevar Atli Maqnusson, 14. Torir Yohann Helqason, 15. Villum Villumsson, 17. Brinyolfur Villumsson, 18. Mikael Anderson, 19. Byarki Steinn Byarkason, 20. Kristian Hlinsson, 21. Daniel Qudyonsen
Baş məşqçi: Arnar Qunnlauqsson
Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 2. Rəhman Daşdəmirov, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 3. Elvin Cəfərquliyev, 13. Abbas Hüseynov, 6. Səbuhi Abdullazadə, 20. İsmayıl İbrahimli, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 19. Nəriman Axundzadə Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 21. Qismət Alıyev, 18. Cəlal Hüseynov, 5. Anton Krivotsyuk, 16. Ceyhun Nuriyev, 7. Anatoli Nuriyev, 11. Ozan Can Kökçü, 9. Renat Dadaşov, 17. Toral Bayramov, 22. Musa Qurbanlı, 15. Xəyal Əliyev
Baş məşqçi: Fernandu Santuş