Tanınmış jurnalist AZAL-ı TOPA TUTDU: “Bu rəzillik deyil, nədir?!”

media-hightechnic-468x90

“İstanbuldan uçuşum var. Bilet bir tərəfə təxminən 500 manat. “Chek in” açılan kimi daxil olmaq istədim, sistem dondu. Azı 5-6 dəfə cəhd elədim, açılmadı. Uçuşa 3 saat qalmış, nəhayət!”

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Aygün Muradxanlı sosial şəbəkə hesabında yazıb:

“Yerim 5C, hər şey qaydasında. Gəldim hava limanına, baqajımı verim, görəvli dedi yerinizi dəyişdirmək zorundayıq. Ay qardaş, nöşün, niyə? Yeri sistem bilet sinfinə uyğun verib, bu “zorundalıq” nədən yarandı? İzah-filan yoxdur – “hava yoluna bağlıdır, bizlik deyil”. Sizə 11 B-ni verirəm, söylədi. Orta yəni… Dünyada ən zəhləm gedən yer. Dedim, yaxşı, arxa ver, amma ya pəncərə, ya koridor. Dedi, pəncərələrin hamısı ödənişlidir. Elə şey olar? Təəccübləndim… Birdən heç kim almaq istəmədi, əlində bileti olan sərnişin dedi ki, məni özünüz yerləşdirin, nə edəcəksiniz, 1 oturacaqda 2 sərnişin otuzduracaqsınız? Çiynini çəkdi..

İndi AZAL-dan soruşuram? aldığınız 500 manata nə daxildir? Oradan-burdan kirayələdiyiniz uçağa qıraqdan baxmaq? Sonra? Cahangir AZAL-ı yeyib-dağıdıb, nə edib, uçaqların birini sağ ordu, digərini sol ordu ilə çeynəyib, ya nə olubsa, AZAL düzələ bilmir. Amma bu sərnişinin problemidir məgər? O uçaq şirkətləri oturacağı da pullu edir ki, 3-4 min – İstanbul-Bakı məsafəsindən 2 dəfə uzaq – kilometri sərnişinə 40-50 dollara satır. AZAL, bəs sən hansı gününə?”

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa