“Baqramyan” batalyonundan “Arbat”a QƏDƏR: Rusiya erməniləri Ukraynada belə QIRDIRIR
“Ermənilər çox namərd millətdirlər və pul qarşılığında hər şey edərlər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Elşad Həsənov bildirib.
E. Həsənov Qarabağdan gedən ermənilərin xüsusi qruplar yaradaraq Rusiya tərkibində Ukraynaya qarşı döyüşməsi haqqında yayılan söz-söhbətlərə aydınlıq gətirib.
Onun sözlərinə görə, ermənilər, ümumiyyətlə, elə bir millətdir ki, onların günü harada xoş keçirsə, ora da gedirlər:
“Baxın, Krasnodar vilayətində ermənilər sayca çoxluq təşkil edirlər. Qarabağdan könüllü çıxıb gedənlər, o cümlədən antiterror əməliyyatlarından sonra təslim olub çıxıb gedən erməni döyüşçüləri də Ermənistana getdilər. Amma onlara orda şərait yaradılmadığı üçün bir çoxu Rusiyaya, Fransaya üz tutdular. Həm də o zaman terrorçu dəstənin böyük üzvləri Fransada hərbi təlimlər keçmişdilər. Buna görə də Rusiya döyüşlərə müqavilə ilə gedənlərə çoxlu pul verib deyə onların böyük əksəriyyətini Ukraynadakı döyüşlərə cəlb ediblər”.
Müsahibimiz əlavə edib ki, Rusiyada ayrı-ayrı döyüş bölmələrində ermənilər həm erməni batalyonu kimi iştirak edirlər, həm də ayrı-ayrılıqda müqavilə ilə gedənlər döyüşürlər:
“Onların çoxu da, təbii ki, ya müharibədə ölürlər ya da əlil olub qayıdırlar. Qayıdandan sonra da onların özlərinə və öldürülənlərin ailələrinə kompensasiya ödənilir. Ermənilər elə bir millətdir ki, onlar sovet hökuməti dağılandan və Abxaziyada gürcülərlə konfliktdən sonra birləşib “Baqramyan” adlı batalyon yaradaraq gürcülərə qarşı döyüşdülər. Ermənilər çox namərd millətdir, həmişə də siyasi situasiyadan istifadə etməyə çalışırlar. İndi isə onlar Rusiyaya yarınmaq üçün Ukraynaya qarşı döyüşürlər. Qeyd edim ki, həmin ermənilərə Rusiya dövləti Ukraynaya qarşı döyüşlərdə iştirak etmək qarşılığında vətəndaşlıq verir”.
Politoloq onu da qeyd edib ki, əslində, Ukraynada Rusiyaya qarşı döyüşən erməni dəstələri də mövcuddur:
“Onlar da Ukraynada yaşayan və Qarabağdan gedən ermənilərdir. Ermənilərin xarakteri belədir, pul verib istənilən şeyi etdirmək olar. Tarixən ermənilər belə olublar, onlar genetikasına uyğun olaraq xarakterlərini bu gün də davam etdirirlər. Ona görə də ermənilərin Ukraynada bir-birinə qarşı döyüşməsi gözləniləndir. Bunu da həm Ukrayna, həm Rusiya, həm də dünya ictimaiyyəti bilir”.
Nurlan Cəfəri