Yük maşını səkiyə çıxdı: Yolda hərəkət dayandı

media-hightechnic-468x90

Üzərində avtomobillər daşıyan yük avtomobili Heydər Əliyev prospektində köməkçi yola daxil olarkən düzgün dönmə əməliyyatı edə bilmədiyindən bardürün üzərinə çıxaraq yolda qalıb. Nəticədə prospektdən metronun “Koroğlu” stansiyası istiqamətində 16 dəqiqə müddətində nəqliyyatın hərəkəti məhdudlaşıb.

media-banner_tkm

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, dərhal yol polisi əməkdaşları tərəfindən həm əsas, həm də köməkçi yolda zəruri tədbirlər görülüb. Yük avtomobilinin hərəkəti bərpa olunub. Qəza riski və məhdudiyyət aradan qaldırılıb. “Bununla yanaşı, bəzi yük avtomobillərinin sürücüləri nəqliyyat vasitəsinin qabarit hündürlüyünü nəzərə almadığından prospektdən mərkəz istiqamətinə hərəkət etdikdə “Bağırov” tunelindən keçə bilmirlər. Onlar belə vəziyyətdə sağ kənar yola keçmək üçün geriyə hərəkət etdiyindən yolda qəza riski və sıxlıq yaranır. NİİM belə sürücülərə qeyd edilənləri nəzərə almağı və qaydalara əməl etməyi tövsiyə edir”, – deyə məlumatda vurğulanıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05