Səbuhi Abbasov: “Prezidentin səfəri Azərbaycan-Çin münasibətlərində yeni mərhələnin əsasını qoydu”

media-hightechnic-468x90

“Prezident İlham Əliyevin Tiencində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında iştirakı Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun bariz nümunəsidir”

Yenicag.az zəbər verir ki, bu sözləri 7news.az-a açıqlamasında politoloq Səbuhi Abbasov Prezident İlham Əliyevin Çinə səfərini şərh edərkən deyib:

“Prezident İlham Əliyevin Çinə səfəri Azərbaycan-Çin münasibətlərində yeni, çoxvektorlu mərhələnin əsasını qoymuş oldu. Demək olar ki, bütün sahələrdə – nəqliyyat, enerji, iqtisadiyyat və humanitar müstəvidə ciddi müzakirələr aparıldı, Çinin nüfuzlu şəxsləri, iş adamları ilə görüşlər keçirildi. Ümumiyyətlə, İlham Əliyev üçün hazırlanan xüsusi qarşılanma mərasimi, Çin liderinin göstərdiyi fərqli, səmimi münasibət, aparılan danışıqlar, qəbul edilən bəyannamə, imzalanan müqavilələr Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, bütövlükdə, regionda strateji rola sahib olduğunu göstərir. Bu mənada nəqliyyat amili xüsusi əhəmiyyətə malikdir. Azərbaycan bu sahədə uzun illərdir fəal mövqe tutur və faktiki olaraq Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən Orta Dəhlizin əsas qovşaqlarından birinə çevrilib. ŞƏT və xüsusilə Çin üçün bu marşrutun əhəmiyyəti getdikcə artır. Azərbaycanın bu dəhlizdə həm geosiyasi, həm də iqtisadi baxımdan güclü rolu ölkəmizin təşkilatla əməkdaşlığının dərinləşməsinə real zəmin yaradır. Bu səfər həm də Azərbaycan–Çin münasibətlərinin strateji xarakterini daha da gücləndirməklə yanaşı, Azərbaycanın ŞƏT çərçivəsində gələcək rolu barədə yeni müzakirələr üçün zəmin yaradıb. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimadın və mehriban qonşuluğun möhkəmləndirilməsi, regional sabitliyin təmin edilməsi, ticarət-iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığın inkişafıdır. Beləliklə, ölkəmizin strateji maraqları ŞƏT çərçivəsində geosiyası tabloda öz layiqli yerini tutmuş oldu.”

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa