!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Milli Aviasiya Akademiyasının şəhid məzunu yad edildi - FOTO

Noyabrın 28-də İkinci Qarabağ müharibəsi iştirakçısı, Milli Aviasiya Akademiyasının məzunu, şəhid Vüsal Aftandil oğlu Məmmədovun ildönümü mərasimi keçirilib.

Akademiyadan Yenicag.az-a bildirilib ki, mərasimdə Milli Aviasiya Akademiyasının müəllim və tələbə heyəti, əməkdaşları iştirak ediblər. Əvvəlcə şəhidin məzarı ziyarət olunub, əklil qoyulub, ruhuna dualar oxunub. Mərasimdə çıxış edən akademiyanın “Nəqliyyat texnologiyaları” fakültəsinin dekanı Nazim Nağıyev akademiyanın rəhbərliyi və kollektivi adından şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan səbir diləyib.

Vüsal Aftandil oğlu Məmmədov Ağdərə və Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 12-də Füzuli istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olub.

Vüsal Məmmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamı ilə “Vətən uğrunda”, 2021-ci il 24 iyun tarixli Sərəncamı ilə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

www.yenicag.az

204
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100