Milli Məclis Mehriban Əliyevanı təbrik etdi
Azərbaycan Respublikasının Milli Məclisi Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib.
Yenicag.az xəbər verir ki, paylaşımda deyilir:
“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı və ölkəmizin daha da inkişafı istiqamətində yorulmaz fəaliyyətində uğurlar arzu edirik”.