!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclisdə boş qalan yerlərə SEÇKİ: "Bu, çoxdan keçirilməli idi"

!Reklam – Yazi

“Yaxşı olardı ki, seçki ilə bağlı qərarı daha səlahiyyətli şəxslərin ağzından eşidək. Çünki bu, siyasi qərardır. Qərar açıqlanandan sonra buna hazırlıq prosesi başlamalıdır. Ümid edirəm ki, daha yaxın vaxtlarda səlahiyyətli siyasilərin dilindən seçkinin vaxtı ilə barədə açıqlama görərik”.

Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun parlamentdə boş qalmış yerlərə yaxın zamanda seçki keçirilcəyi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən AĞ Partiya sədri Tural Abbaslı Yenicag.az-a açıqlamasında deyib.

Tural Abbaslı bildirib ki, əslində, bu, gecikmiş bir qərardır:

“Seçkilərin keçirilməsi xeyli yubanıb. Artıq iki ilə yaxın vaxt keçib, ancaq parlament hələ tam formalaşmayıb. Seçkilər bitəndən 6 ay sonra təkrar seçki keçirmək olardı. Nəzərə alsaq ki, qonşu Gürcüstan, Ermənistan, Rusiya Azərbaycandakı parlament seçkilərindən sonra seçki keçirdi. Yəni bunun üçün pandemiya o qədər də maneə yaratmazdı. Parlamentarilərin sayı əhalinin sayına uyğun deyil. 7 milyon xalqın da 125 deputatı var idi, 10 milyon xalqın da 125 deputatı var. Sayın özü də azdır. Say azlığı bir yana, üstəlik 6 yer də boşdur. Ən azı, 6 dairənin səsini çatdıran yoxdur. Dairənin birini orta hesabla 50 min seçicidən hesablasaq, 6 dairədəki seçicilərin sayı 300 min edir. Bu qədər insanın təmsilçiliyi yoxdur. Bu, çoxdan olunmalı idi. Məzahir Pənahov Mərkəzi Seçki Komissiyasının sədridir. Onun fikrinə ciddi yanaşırıq. Parlament seçkiləri keçiriləcəksə, AĞ Partiya olaraq 6 dairədən də namizədlərimizi verməyi düşünürük”.

Səxavət Məmməd

www.yenicag.az

537
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv