!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclisdə türk ölkələrinin parlamentariləri ilə görüş oldu

!Reklam – Yazi

Yanvarın 22-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin Səhiyyə komitələrinin sədrləri ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a bildirilib ki, Əli Əhmədov Türkiyədə baş vermiş dəhşətli yanğında həlak olanlarla bağlı dərin kədərini ifadə edib və Türkiyə xalqına başsağlığı verib.

Sonra o, Milli Məclisdə TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin Səhiyyə komitələrinin “İqlim dəyişmələri və sağlamlıq: Qanunvericilikdə iqlim dəyişmələrinin sağlamlığa təsirinə dair cavab tədbirləri” mövzusunda keçirilmiş ikinci iclasında aparılan müzakirələrin əhəmiyyətini vurğulayaraq, onlara bu istiqamətdə qəbul edilən qərarların reallaşdırılmasında uğurlar arzulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda səhiyyənin yüksək inkişafına nail olunduğunu, ölkəmizin COVID-19 pandemiyasının təsirlərinin aradan qaldırılması istiqamətində dəyərli təşəbbüslərə müəlliflik etdiyini diqqətə çatdırıb. O, ölkəmizin qlobal iqlim dəyişiklikləri ilə mübarizədə ön sıralarda durduğunu bildirib və buna misal olaraq ötən il ölkəmizdə keçirilmiş COP29-un uğurlu nəticələrini xatırladıb.

Müxtəlif çeşidli məsələlərin, o cümlədən səhiyyə sahəsində mövcud olan problemlərin türk dövlətləri ilə birlikdə həm də parlament ölçüsündə həllinə nail olunması üçün TÜRKPA-nın vacib platformaya çevrildiyini söyləyən Milli Məclis sədrinin birinci müavini qarşılıqlı fayda əsasında formalaşan birgə fəaliyyət sayəsində əhəmiyyətli nəticələrin əldə ediləcəyinə inamını ifadə edib.

Görüşdə Türkiyə Böyük Millət Məclisinin Səhiyyə, ailə, əmək və sosial məsələlər komissiyasının sədri Vedat Bilgin, Qırğız Respublikası Joqorku Keneşinin Sosial siyasət komitəsinin sədri Vinera Raimbaçayeva, Özbəkistan Respublikası Ali Məclisi Senatının Elm, təhsil və səhiyyə məsələləri komitəsinin sədri Bahrom Abdullayev və Şimali Kipr Türk Respublikası Məclisinin İnzibati, ictimai və səhiyyə məsələləri komitəsinin sədr müavini Filiz Besim səmimi qəbula və yüksək qonaqpərvərliyə görə Azərbaycan parlamentinin rəhbərliyinə təşəkkürlərini bildiriblər. Qonaqlar iqlim dəyişikliklərinin neqativ təsirləri ilə mübarizə kontekstində TÜRKPA çərçivəsində Türk dünyasının səhiyyəsinin inkişafına mühüm töhfə verən əməkdaşlıqdan məmnunluqlarını ifadə edib, bu cür tədbirlərin əhəmiyyətindən danışıblar.

www.yenicag.az

80
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv