Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Milli Məclisə yeni mətbuat katibi TƏYİN OLUNDU

Ölkədə aparılan kadr islahatları parlamentdə də uğurla davam etdirilir.

Yenicag.az xəbər verir ki, bu çərçivədə Milli Məclis Aparatında dəyişiklik olub. Belə ki, Mehman Qayıbov parlament Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Mehman Qayıbov bu təyinatadək Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifəsində çalışırdı.

M.Qayıbov 2-ci dərəcə dövlət müşaviridir. İxtisasca jurnalist olan Mehman müəllim 24.12.1961-ci il tarixində doğulub.

Uzun müddətdir parlament Aparatında çalışan M.Qayıbov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

M.Qayıbov jurnalistlərə açıq fəaliyyəti ilə seçilib.

Bildirilir ki, parlament bundan sonra da mətbuatla sıx əməkdaşlığı davam etdirəcək. Ölkədə aparılan islahatların fonunda şəffaflığın təminatı həyata keçiriləcək. Pandemiyadan sonra ənənəvi toplantılar bərpa olunacaq.

Loading...

www.yenicag.az

176