Milli Məclisin növbəti iclasında bu məsələlər müzakirə olunacaq

Azərbaycan Milli Məclisinin noyabrın 27-də və 30-da keçiriləcək plenar iclaslarının gündəliyi məlum olub.

Yenicag.az xəbər verir ki, gündəliyə 58 məsələ daxildir.

Deputatlar 2019-cu ilin dövlət büdcəsi layihəsini ikinci və üçüncü oxunuşda müzakirə edəcəklər.

Bundan başqa, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında”, “Dərman vasitələri haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və s. qanunlara, eləcə də İnzibati, Mənzil, Vergi məcəllələrinə dəyişiklik layihələrinə də baxılacaq./Report/

COP29