Milli mətbuatımızın 150 YAŞI: “Artıq öz mövqeyimizi dünyaya rahat şəkildə təqdim edə bilirik”

media-hightechnic-468x90

 

“Azərbaycan dövləti, xüsusilə Prezident İlham Əliyev Azərbaycan mətbuatına və jurnalistikaya həqiqətən də böyük diqqət göstərir. Bu, yalnız yubiley mərasimləri ilə məhdudlaşmır. Hər dövr və şəraitdə biz Prezidentin diqqətini üzərimizdə hiss edirik, bu da həm media nümayəndələri, həm də ümumilikdə xalq üçün vacibdir. Prezidentin 150 illik yubiley ilə bağlı imzaladığı sərəncam da bu kontekstdə çox dəyərlidir”.

Bunu Yenicag.az-a açıqlamasında Əməkdar jurnalist Azər Həsrət deyib.

O, Prezident İlham Əliyevin Azərbaycan mətbuatının 150 illiyi ilə bağlı ötən gün imzaladığı Sərəncamı şərh edib.

A. Həsrətin fikrincə, Azərbaycan mətbuatı çox uzun bir yol keçib və bu yol bir çox uğurlarla müşayiət olunub:

“Bu gün Azərbaycan mətbuatı dünya səviyyəsində geniş imkanlara malikdir, səsimizi dünyanın hər yerinə çatdırmaq imkanımız var. Müstəqilliyimizin ilk illərində Qarabağ məsələsi ilə bağlı xəbərlərimiz dünyanın müxtəlif yerlərinə çatdırılarkən çoxsaylı çətinliklərlə qarşılaşırdıq. O dövrdə xəbərlərimiz, xüsusən də Qarabağ məsələsi Moskva üzərindən süzgəcdən keçirilir və əleyhimizə yayılırdı. Lakin indi artıq heç kim bizim başımızın üstündə durmur. Artıq öz mövqeyimizi və dövlətimizi dünyaya rahat şəkildə təqdim edə bilirik”.

Onun sözlərinə görə, bu inkişaflar dövlətin media üçün yaratdığı mühitin və imkanların nəticəsidir:

“Azərbaycan mətbuatı 150 illik yubileyində xarici asılılıqdan tamamilə qurtulmuş vəziyyətdədir. Ən böyük uğurumuz məhz budur. Əvvəlki illərdə, hətta son dövrlərə qədər Azərbaycan mətbuatını idarə etməyə cəhd edənlər var idi, bəzən buna nail olanlar da olmuşdu. Lakin indi Azərbaycan dövləti o şəraiti yaradıb ki, bizim mətbuatımızı özümüz idarə edirik. Müstəqil dövlət olaraq müstəqil mətbuatımız da mövcuddur. Bu səbəbdən, Prezidentin 150 illik yubiley ilə bağlı imzaladığı sənədi, şübhəsiz, yerinə düşən bir addım kimi qiymətləndiririk və dövlətin bu sahəyə olan qayğısının davam edəcəyinə olan ümidlərimiz artır”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600