!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Olimpiya Komitəsinin 30 illiyi qeyd olunacaq - VİDEO

!Reklam – Yazi

Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyi ərəfəsində müasir quruluşda hazırlanmlş Olimpiya Himni yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

İlk dəfə 2002-ci ildə baş prodüser Elnur Kələntərov tərəfindən MOK-un 10 illiyi münasibətilə yaradılan və bəstəkarı Eldar Mansurov olmuş himn 20 il sonra Yaşar Baxış tərəfindən müasir üslubda aranjiman edilib.

6 ay davam edən layihədə Himn əməkdar artist Tünzalə Ağayeva, İlhamə Qasımova, Lamiyə Kərimova (Rast qrupu), Rəvanə Əmiraslanova, Zamiq Hüseynov, Ayaz Qasımov, Nadir Rüstəmli və Elnur Kələntərovun ifasında səsləndirilib.  Olimpiya stadionunda tanınmış idmançıların və azarkeşlərin iştirakı ilə həyata keçirilən klip çəkilişlərinə artıq  yekun vurulub. Ən son qrafik dizayn həlləri və müasir çəkiliş üslubları ilə hazırlanan Olimpiya Himninin klipində ən mötəbər idman yarışlarında parlaq qələbələri ilə üçrəngli bayrağımızın dalğalanmasına vəsliə olan idmançılarımızın arxiv kadrlarından istifadə edilib.

Olimpiya Himninin layihə rəhbəri Elnur Kələntərov, rejissoru Elvin Əhmədoğludur.

Olimpiya Himninin yeni üslubda hazırlanan musiqisi və klipi 11 noyabrda Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbirdə təqdim ediləcək.

www.yenicag.az

171
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv