Milli qüvvələr Elçibəyin məzarını ziyarət edirlər – FOTO

Azərbaycan Yüksəliş Partiyası Təşəbbüs Qrupunun üzvləri vəfatının 20-ci ildönümündə prezident Əbülfəz Elçibəyin məzarını ziyarət edib. 

Yenicag.az xəbər verir ki, hər il Əbülfəz Elçibəyin məzarı milli qüvvələr tərəfindən ziyarət olunur. Bu il də Elçibəyin məzarına AYP ilə yanaşı Müsavat, Turan Partiyası və digər siyasi və ictimai təşkilatlar tərəfindən əklillər qoyulub, dualar oxunub.

Azərbaycanı Sovetlər Birliyindən qopararaq müstəqilliyinə qovuşduran Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində doğulub, 2000-ci il avqustun 22-də Türkiyə Cümhuriyyətinin paytaxtı Ankarada vəfat edib. O, Azərbaycanın ilk demokratik yolla seçilmiş prezidentidir.