Çində xəzinə ilə dolu 1800 illik məzarlar aşkarlandı - FOTO

media-hightechnic-468x90

Çinli arxeoloqlar ölkənin cənub-şərqində yerləşən Rizhao şəhərində 1800 illik, qədim ailəyə aid zəngin artefaktlarla dolu üç məzar aşkar ediblər.

Yenicag.az xəbər verir ki, Çin Sosial Elmlər Akademiyasının məlumatına görə, məzarlardan ikisi qarət edilsə də, biri, demək olar, toxunulmamış vəziyyətdə qalıb.

Həmin məzardan 70-dən çox müxtəlif qiymətli əşya – bürünc aynalar, keramika, qablar, taxta çəllək və dəmir qılınclar çıxarılıb.

Tədqiqatçılar tabutlara ortaq keçidlərdən daxil olunduğunu və bu keçidlərin qapı və pəncərələri olan otaqlara açıldığını bildiriblər. Tapılan möhürlərdən biri məzar sahibinin “Huan Jia” olduğunu göstərir. İki fərqli məzarda Huan soyadının yazılması bu məzarların eyni ailəyə məxsus olduğunu göstərir.

Məzarlar təxminən eramızdan əvvəl 206-cı ildən eramızın 220-ci ilinə qədər bölgəyə nəzarət etmiş Xan sülaləsinin orta və son dövrlərinə aid edilir.

Ərazidə ölü daşımaq üçün istifadə olunmuş iki taxta təkərli və incə işləməyə malik nadir tabut arabasının izləri də aşkar edilib. Alimlər bu kəşfin Xan dövrünün dəfn adətləri ilə bağlı dəyərli məlumatlar verəcəyini düşünürlər.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600