!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Şuradan daha bir RƏZALƏT: Gültəkin Hacıbəyli karantinin uzadılmasına niyə sevinir? – VİDEO

!Reklam – Yazi

Milli Şuranın ölkədə karantin rejiminin uzadılmasının müzakirə olunduğu zoom-konfransından yeni kadrlar yayımlanıb.

Yenicag.az xəbər verir ki, sosial şəbəkələrdə yayımlanan kadrlarda Milli Şura Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli karantin rejiminin uzadılmasından şövqlə danışır.

Hacıbəylinin iddiasına görə, karantin rejiminin uzadılması ölkədə sosial narazılığı daha da gücləndirəcək və bu, Milli Şuraya sərf edir:

“Karantinə görə insanların narahatlığı artır, pulu, yeməyi azalır, dolanışığı çətinləşir, bu da açığı, birmənalı olaraq bizə sərf edir. Evində oturan insanların işləməyən, pulu azalan adamların etirazı artır, kimsə yemək almaqda çətinlik çəkir, xalqın güzəranı pisləşir və s.

Buna sevinmək lazımdı. Biz maraqlı olmalıyıq ki, xəstəlik tez çəkilməsin, karantin bir az da uzansın, bizim də əlimizə imkan versin ki, dövlətin yaxasına çökək, hay-küy salaq ki, pul paylayın, əl çəkməyək və beləliklə də təbliğatımızı davam etdirək. Ona görə də heç narahat olmayın, karantinin uzanması və xalqın güzəranının pisləşməsi birmənalı olaraq bizim xeyrimizədir”.

Xalq-Demokratik Partiyasının (AXDP) sədri Rafiq Turabxanoğlu Yenicag.az-a açıqlamasında Milli Şura üzvlərinin, konkret olaraq, Gültəkin Hacıbəylinin karantin rejiminin uzadılmasına “coşqulu” yanaşmasını savadsızlıq kimi qiymətləndirib:

“Pandemiya ilə əlaqədar karantin rejiminin uzadılması dövlətin zəruri bildiyi qərardır. Karantin rejiminin uzadılmasının səbəbi insan ölümlərinin və yoluxma hallarının artmaması ilə bağlıdır. Gültəkin Hacıbəyli karantin rejiminin uzadılmasına fərqli yanaşırsa, özü bilər. Hər halda məlum məsələdə dövlət xüsusi imkanlarından çıxış edir və vətəndaşlarını qorumağa çalışır. Bu baxımdan, dövlətin tətbiq etdiyi qaydalara əməl etmək vacibdir.

Ümumiyyətlə, karantin rejimini siyasiləşdirmək çox yersiz işdir. Ona görə də çalışmaq lazımdır ki, xalq düzü səhvdən ayıra bilsin. Karantin rejimi sırf Azərbaycanda tətbiq olunsaydı, siyasiləşdirilməsi başadüşülən olardı. Lakin hazırda dünyanın az qala bütün ölkələrində karantin rejimi tətbiq olunub. Gültəkin Hacıbəyli kimilər yəqin ki, bu məsələni bilmirlər. Karantin rejimini ciddi qəbul etməmək savadsızlıqdan irəli gəlir”.

Gültəkin Hacıbəyli: Karantinin uzanması və xalqın güzaranın pisləşməsi bizə sərf edir. Biz buna sevinməliyik.

AXCP və Milli Şuranın qeybətxanasından şousu davam edir – Xalq, millət düşmənləri silsiləsindən növbəti seriya. Öz xalqına, millətinə, vətəndaşına, dövlətinə bundan da artıq düşmən kəsilmək olarmı?Hamımıza məlumdur ki, koronovirus bəlası ümumilikdə dünyaya da, ölkəmizə də, xalqımıza da ziyan vurdu. Hər bir vətəndaş bu bəladan əziyyət çəkir, ondan xilas olmaq üçün tətbiq edilən karantin rejimi çətinlik yaradır, bundan vətəndaş olaraq da, xalq olaraq da, dövlət olaraq da əziyyət çəkirik, hamımız ziyana düşürük. Maddi olaraq da hər birimiz itiririk. Lakin buna sevinən xainlər də var – təəssüf ki, öz içimizdə!Öz xalqının, millətinin, vətəndaşının və dövlətinin güzəranının pisləşməsinə sevinənlərin, ondan öz məqsədləri, öz təbliğatları üçün istifadə edənlərin bir adı ola bilər – Xalq düşmənləri!!!Gültəkin Hacıbəyli : Karantinə görə insanların narahatlığı artır, pulu, yeməyi azalır, dolanışğı çətinləşir, bu da açığı birmənalı olaraq bizə sərf edir. Evində oturan insanların etirazı artır, işləməyən, pulu azalan adamların, etirazı artır, kimsə yemək almaqda çətinlik çəkir, xalqın güzəranı pisləşir və s., buna sevinmək lazımdı. Biz maraqlı olmalıyıq ki, xəstəlik tez çəkilməsin, karantin bir az da uzansın, bizim də əlimizə imkan versin ki, dövlətin yaxasına çökək, hay küy salaq ki, pul paylayın, əl çəkməyək və beləliklə də təbliğatımızı davam etdirək. Ona görə də heç narahat olmayın, karantinin uzanması və xalqın güzəranının pisləşməsi birmənalı olaraq bizim xeyrimizədi.Rahim Hacıyev : Heç kim bizi dəstəkləmir, kimin nə dostu tanışı samballı müxalifətçilər varsa , onları məcbur etmək lazımdır ki, bizi dəstəkləyən statuslar yazsınlar.Qənimət Zahid : Bilirsiniz, adamlar özləri öz xoşları ilə yazmaq istəmirlər, gərək boyunlarına yükləyəsən. Məsələn, Bəxtiyar Hacıyevin boynuna yüklədim yazdı, Nəsimi Məmmədlini yüklədim yazdı )) Adamlar, özlərinə dəstək statusu yazmaq üçün də adamları yükləyirlər, məcbur edirlər. Nə gündəsiz?!!!!

Gepostet von MOZALAN am Dienstag, 4. August 2020

Gülşən Şərif

www.yenicag.az

4248
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv