“Bu günə qədər müxalifət partiyalarının əksəriyyəti belə metodlara əl atsalar da, heç nə qazanmayıblar”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Şuranın Koordinasiya Şurasının iclasında jurnalist Qənimət Zahidin “bizim işimiz hökuməti şərləməkdir” fikrinə münasibət bildirən Yeni Zaman Partiyasınnın (YZP) sədri Musa Ağayev deyib.
Musa Ağayev qeyd edib ki, müxalifətin hakimiyyəti şərləyərək, dividend qazanacağını düşünməsi yanlış düşüncədir və iflasa məhkumdur:
“Əslində, hazırda sözün əsl mənasında Milli Şura yoxdur və o qurum sadəcə, Xalq Cəbhəsi Partiyasından ibarətdir. Qənimət Zahidin tarix və statistika ilə bağlı yalanları da heç kimi təəccübləndirmir.
Çünki ötən dövrlərdən fərqli olaraq, indiki vəziyyətdə hamı hər şeyi görür və bilir. İnsanların hər saniyə informasiya almaq imkanları var. Ona görə də, statistikanın şişirdilməsi, yaxud da hamının bildiyi tarixi təhrif etmək yalnız kinayə doğurur.
Digər tərəfdən, müxalifət hakimiyyətin şərlənməsi ilə siyasi divident qazandığını düşünə bilər, amma bu yolla siyasət yürütmək mümkün deyil. Bu siyasi metod heç vaxt effektiv olmayacaq. Müxalifət partiyalarının əksəriyyəti İndiyə qədər belə metodlara dəfələrlə əl atsalar da, heç nə qazanmayıblar. Siyasətdə şərləmə mübarizə metodu ola bilməz”.
www.yenicag.az