Millimiz Ermənistandakı yarışa qatılmayacaq

media-hightechnic-468x90

Boks üzrə Azərbaycan milli komandası Ermənistanın paytaxtı İrəvanda təşkil olunacaq Avropa çempionatına qatılmayacaq.

Azərbaycan Boks Federasiyasının (ABF) mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, bu barədə qərar qurumun İdarə Heyətinin iclasında qəbul olunub.

Müzakirələr nəticəsində Beynəlxalq Boks Assosiasiyasında mayda keçiriləcək seçkilər, idmançıların dünya çempionatı üçün təlim-məşq toplanışları və hazırlıq proqramları, habelə digər həssas məqamlar nəzərə alınaraq mayın 21-də start götürəcək Avropa çempionatında iştirak etməməyə qərar verilib. Yarışa mayın 31-də yekun vurulacaq.

Qeyd edək ki, Azərbaycan boksçuları cari ilin mart və aprel aylarında mübarizə apardıqları son 2 Avropa birinciliyində medallar qazanıb. Onlar U-22-lərin qitə çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmaqla ölkənin boks tarixinin 10 il əvvəlki rekordunu təkrarlayıblar. Gənc boksçular arasında Avropa birinciliyində isə komanda 3 illik fasilədən sonra çempionluq əldə edib. Yığma yarışı 1 qızıl və 1 bürünc medalla bitirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600