!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Qarabag

Millimiz Moldova yığmasını məğlub etdi - YENİLƏNDİ 3

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

Yenicag.az xəbər verir ki, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda rəqib Moldova yığması olub. Kişineudakı “Zimbru” stadionunda oynanılan görüş Canni De Byazinin baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matça fəal başlayan Azərbaycan millisi 3-cü dəqiqədə qola yaxın olub. Lakin meydan sahiblərinin qapıçısı Dmitri Çelyadnik hesabın açılmasına imkan verməyib. 7-ci dəqiqədə Höccət Haqverdinin sol ayaqla vurduğu zərbə istənilən kimi alınmayıb. Qonaqların ilk təhlükəli hücumu 11-ci dəqiqəyə təsadüf edib. Vadim Ratsenin zərbəsində dəqiqlik çatmayıb. 20-ci dəqiqədə Musa Qurbanlının vurduğu top qapıdan aralı keçib. Cəmi 8 dəqiqə sonra isə Azərbaycan millisi istəyinə çatıb. Emin Mahmudov Ramil şeydayevin sol cinahdan ötürməsini bir toxunuşla qapıdan keçirib. Bu, 30 yaşlı yarımmüdafiəçinin yığmada 9-cu qolu olub. 37-ci dəqiqədə Anton Krivotsyuk yaxın məsafədən hesabı artıra bilməyib. Onun zərbəsindən sonra top qapı tirindən meydanı tərk edib. 40-cı dəqiqədə bu dəfə Emin Mahmudovun zərbəsi qapı dirəyindən qayıdıb. 42-ci dəqiqədə Aleksey İsayev cərimə meydançasının xaricindən dəqiq zərbə ilə 2-ci topu moldovalıların qapısından keçirib. “Sabah”ın yarımmüdafiəçisi bununla milli komandada qol hesabını açıb. İlk hissə bu hesabla baa çatıb.

İkinci yarıda da hücumlarını davam etdirən Azərbaycan millisi 56-cı dəqiqədə 3-cü qolu vurmağa yaxın olub. Amma Riçard Almeydanın zərbəsi bir qədər qeyri-dəqiq alınıb. 71-ci dəqiqədə Mahir Emreli rəqib qolkiperlə üzbəüz epizodda topu qapıya göndərə bilməyib. 80-ci dəqiqədə Viktor Stınyenin zərbəsi Şahruddin Məhəmmədəliyevin üstünə gedib. 28 yaşlı 87-ci dəqiqədə isə Virciliu Postolakinin vurduğu topu əla sıçrayışla dəf edib. Əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə meydan sahibləri Nikita Motspanın qolu ilə fərqi azaltsa da, məğlubiyyətdən qaça bilməyib.

Bu, milli komandanın ardıcıl 4-cü qələbəsi olub.

Qeyd edək ki, Azərbaycan yığması noyabrın 20-də isə Şimali Makedoniyanın qonağı olacaq./Report/

***

Aleksey İsayev 42-ci dəqiqədə ikinci topu meydan sahiblərinin qapısından keçirib – 0:2

***

Hesab açılıb. 28-ci dəqiqədə Emin Mahmudov yığmamızı önə çıxarıb – 0:1

***

Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu başlayıb.

Yenicag.az xəbər verir ki, “Zimbru” stadionundakı görüş Bakı vaxtı ilə saat 21:00-da start götürüb.

www.yenicag.az

374
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv