Millimiz Tacikistan yığmasına uduzdu

media-hightechnic-468x90

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununda Tacikistanın U-20 komandası ilə qarşılaşıb.

Yenicag.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçdan əvvəl qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Qarşılaşma 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Azərbaycan millisinin heyətində 90+1-ci dəqiqədə Aslan Şirinov fərqlənib.

Qeyd edək ki, U-19 növbəti oyununu fevralın 8-də Səudiyyə Ərəbistanının 20 yaşadək futbolçularından ibarət komandasına qarşı keçirəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600