!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Millimizin heyəti açıqlandı - SİYAHI

!Reklam – Yazi

Azərbaycan milli komandasının Portuqaliya və Serbiya ilə dünya çempionatının seçmə oyunları, həmçinin Qətərlə yoldaşlıq görüşü üçün heyəti açıqlanıb.

Yenicag.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Cani De Byazi 30 futbolçuya dəvət göndərib. Onların arasında cəmi bir legioner var ki, bu da Ukrayna “Minay”ından ilk dəfə çağırılan hücumçu Anatoli Nuriyevdir.

Əvəzində martın 15-dən başlanacaq hazırlıq prosesində kapitan Maksim Medvedev iştirak etməyəcək. Medvedev De Byaziyə müraciətində şəxsi məsələləri ilə əlaqədar toplanışa cəlb olunmamasını xahiş edib. Baş məşqçi onun xahişini müsbət cavablandırıb.

AD, SOYAD KLUB
1 Emil Balayev Qarabağ
2 Şahrudin Məhəmmədəliyev Qarabağ
3 Mehdi Cənnətov Sumqayıt
4 Anton Krivotsyuk Neftçi
5 Elvin Cəfərquliyev Qarabağ
6 Bədavi Hüseynov Qarabağ
7 Sərtan Taşkın Zirə
8 Amin Seydiyev Sabah
9 Şəhriyar Əliyev Keşlə
10 Azər Salahlı Keşlə
11 Tellur Mütəllimov Sumqayıt
12 Təmkin Xəlilzadə Sabah
13 Bəhlul Mustafazadə Sabah
14 Abbas Hüseynov Qarabağ
15 Elvin Bədəlov Sumqayıt
16 Qara Qarayev Qarabağ
17 Toral Bayramov Qarabağ
18 Anatoli Nuriyev Minay (Ukrayna)
19 Emin Mahmudov Neftçi
20 Aleksey İsayev Sabah
21 İsmayil İbrahimli Qarabağ
22 Rəhim Sadıxov Sumqayıt
23 Xəyal Nəcəfov Sumqayıt
24 Vüqar Mustafayev Sumqayıt
25 Çoşqun Diniyev Sabah
26 Ramil Şeydayev Sabah
27 Namik Ələskərov Neftçi
28 Mahir Emreli Qarabağ
29 Amil Yunanov Səbail
30 Əli Qurbani Sumqayıt

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də İtaliyadakı “Yuventus” stadionunda Portuqaliya, martın 30-da Bakı Olimpiya Stadionunda Serbiya ilə DÇ-2022-nin seçmə mərhələsinin oyununda, martın 27-də isə Macarıstanın Debretsen şəhərindəki “Nadyerdeyi” stadionunda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.

www.yenicag.az

405
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv