Boliviya millisinin keçmiş futbolçusu matç zamanı güllələnib.
Yenicag.az xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb.
Bildirilir ki, Meksikada Boliviya millisinin keçmiş futbolçusu Serxio Xaureqi həvəskarlar arasında yoldaşlıq oyunu zamanı meydançada güllələnib.
Xaureqi “Atletiko San Luis Rey”də çıxış edirdi.
Kuautlada keçirilən matç zamanı 38 yaşlı oyunçu su içmək üçün kənara çəkilib. Bu zaman naməlum şəxs peyda olub və futbolçuya 6 dəfə atəş açıb.
Cani motosikletlə hadisə yerindən qaçıb. Hadisə yerinə təcili yardım çağırılıb, lakin onlar Xaureqinin həyatını xilas edə bilməyiblər.
Qeyd edək ki, o, Boliviya millisində 13 oyun keçirib və 2012-ci ildə peşəkar futbolçu karyerasını başa vurub.
Xuraman Etibarlı
www.yenicag.az