“Milliön” aparatı oğurlandı

40bd1273f24be87a0cef9594c1aa2747Bu gün səhər saatlarında Xudat şəhərində oğurluq faktı qeydə alınıb.

Yenicag.az xəbər verir ki, Heydər Əliyev küçəsində yerləşən, Xudat şəhər sakini, 1953-cü il təvəllüdlü Abdullayev Nəriman Mustafa oğluna məxsus mağazadan içərisindən 2000 manat olan “Milliön” ödəmə aparatı oğurlanıb.

Mağaza sahibinin sözlərinə görə, oğrular mağazaya girərkən müşahidə kamerasına düşməmək üçün işıqları söndürüb, mağazanın arxa tərəfindən içəri daxil olublar. Onlar həmçinin mağazadan xeyli miqdarda siqaret və araq da aparıblar.
Hadisə yerinə Xaçmaz rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.

COP29