Milyarderlərin sayı durmadan artır

media-hightechnic-468x90

“Knight Frank” daşınmaz əmlak agentliyinin təhlilinə əsasən, hazırda dünyada 3110 milyarder var və növbəti beş il ərzində onların sayının 25% artaraq təxminən 4000-ə çatacağı proqnozlaşdırılır.

media-banner_tuq

Yenicag.az bu barədə “The Guardian”a istinadən xəbər verir.

Tədqiqata görə, milyarderlərin sayının ən sürətlə Səudiyyə Ərəbistanında artacağı gözlənilir. Belə ki, onların sayı iki dəfədən çox artaraq 2026-cı ildəki 23 nəfərdən 2031-ci ildə proqnozlaşdırılan 65 nəfərə çatacaq. Eyni dövr ərzində Polşada milyarderlərin sayının 13-dən 29-a yüksələrək iki dəfədən çox, İsveçdə isə 81 % artaraq 32-dən 58-ə çatacağı gözlənilir.

Bu proses dünyanın ən zəngin və ən yoxsul təbəqələri arasındakı fərqin artmaqda davam etməsi fonunda baş verir.

Şimali Amerikada dünya milyarderlərinin üçdə birindən bir qədər az hissəsi yaşayır, lakin şirkətin proqnozlarına görə, 2031-ci ilə qədər Asiya-Sakit okean regionu bu göstəricidə onu qabaqlayacaq. Həmin vaxta qədər bu regiondakı milyarderlərin payının ümumi sayın 37,5 %-ni təşkil edəcəyi gözlənilir (müqayisə üçün: Şimali Amerikada 27,8%).

“Knight Frank”ın məlumatına görə, sərvəti ən azı 30 milyon dollar olan insanların sayı dünyada 2021-ci ildəki 162 191 nəfərdən bu gün 713 626 nəfərə çatıb ki, bu da 300%-dən çox artım deməkdir.

“Oxfam” xeyriyyə təşkilatının illik hesabatına görə, 2025-ci ildə dünyada rekord sayda milyarder yaranıb və ilk dəfə 3000 nəfərlik hədd aşılıb. Təşkilatın məlumatına görə, milyarderlərin ümumi sərvəti 18,3 trilyon dollar təşkil edir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05