Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Mingəçevirdə seçki saxtakarlığı ilə məşhurlaşan “ağsaqqal” kimdir? - VİDEOFAKTLAR

Reklam: Sinerji Pro

Fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərində nəticələri ciddi mübahisələrə səbəb olan dairələrdən biri də 47 saylı Mingəçevir Seçki Dairəsidir.

Yenicag.az xəbər verir ki, həmin dairəyə aid seçki məntəqələrində seçicilərin və müşahidəçilərin gözləri qarşısında qutulara topa bülletenlərin atılmasını və başqa qayda pozuntularını əks etdirən görüntülər sosial şəbəkələrdə hələ də müzakirə olunmaqdadır.

47 saylı seçki dairəsinin 21 saylı seçki məntəqəsində qutuya topa bülleten saldığı an kameralara tuş gələn yaşlı şəxsin təsviri isə dünyanın bir sıra media orqanlarında dərc edilib.

Məlumata görə, həmin şəxs Mingəçevirdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) fəallarından biri olmaqla yanaşı, həm də 47 saylı Dairə Seçki Komissiyasının sədri Oktay Məmmədovun yaxın adamı sayılan Mahir Eyyubovdur.

Mahir Eyyubov mütəmadi olaraq, Mingəçevir şəhər icra hakimiyyəti başçısının və YAP-ın Mingəçevir şəhər təşkilatının rəsmi tədbirlərində ön sırada əyləşib və söz sahibi olub.

Haqqında danışılan şəxslə bağlı videomaterialı təqdim edirik:

www.yenicag.az

2732
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100