CHP-nin TBMM-dəki qrup rəhbərliyi BƏLLİ OLDU
Türkiyənin “ana müxalifət” partiyasına Cümhuriyyət Xalq Partiyasının (CHP) Türkiyə Böyük Millət Məclisindəki (TBMM) qrup rəhbərliyi müəyyən olunub.
Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” nəşri məlumat yayıb.
Qrup rəhbərliyini təyin etmək üçün keçirilən qapalı qrup toplantısında Adana millət vəkili Müzəyyən Şevkin, Hatay millət vəkili Nərmin Yıldırım Kara və Təkirdağ millət vəkili Nurtən Yontar katib üzv seçilib.
Türkiyə Böyük Millət Məclisinin sədr müavini vəzifəsinə Dənizli millət vəkili Gülizar Biçər Karaca, Ankara millət vəkili Tekin Bingöl və Elazığ millət vəkili Gürsəl Erol namizəd olub. Təkin Bingöl 72 səslə Türkiyə Böyük Millət Məclisinin sədr müavini, Harun Özgür Yıldızlı isə inzibati direktor seçilib.
Göycə Göycəyev