!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Minimum əməkhaqqı və pensiya qaldırılacaq - İkirəqəmli artımın olması təklif edilir

!Reklam – Yazi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il noyabrın 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təklifləri hazırlayaraq aidiyyəti üzrə təqdim etməsi tapşırılmışdı. Məlum olduğu kimi, artıq bu müddət başa çatıb. 

Bəs görəsən, minimum əməkhaqqı nə qədər artırıla bilər?

İqtisadçı deputat Vüqar Bayramov “Unikal”a açıqlamasında bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatlarda noyabrın 1-dək təkliflərin digər müvafiq dövlət qurumlarına təqdim ediləcəyi bildirilmişdi. Onun sözlərinə görə, təkliflər maliyyə əsaslandırılması üçün profil qurumlara təqdim olunub:

“2025-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub və bu məsələnin də müzakirə olunacağı gözlənilir. Profil qurumlarla razılaşdırıldıqdan sonra bu məsələ müzakirə ediləcək. O zaman minimum əməkhaqqı və minimum pensiyanın nə qədər artacağı bəlli olacaq. Biz fiskal imkanlar daxilində daha çox artımların həyata keçirilməsini təklif edirik. Xüsusilə, 2023-2024-cü illərdə qeydə alınan inflyasiya səviyyəsinin nəzər alınmasını və ikirəqəmli əməkhaqqı, pensiya artımının həyata keçirilməsini təklif edirik. Bəlli olan odur ki, büdcə layihəsi sənədində sosial təminat və müdafiə xərclərinin 14 faiz artırılması nəzərdə tutulub. Gələn il bu istiqamətdə 5 milyard manata yaxın vəsaitin ayrılması həyata keçiriləcək. Həmçinin, büdcə xərclərinin 45 faizə yaxını sosial xərclər olacaq. Minimum əməkhaqqı və minimum pensiyadakı artım faziləri büdcə müzakirələri zamanı bəlli olacaq”.

Qeyd edək ki, sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında çıxış edən Prezident İlham Əliyev gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın yenə də artırılacağı barədə göstəriş verdiyini deyib.

COP29

www.yenicag.az

116
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv