!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

MİQ üzrə müsahibə mərhələsinin vaxtı açıqlandı

!Reklam – Yazi

Avqustun 26-da xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, müsahibə mərhələsinə dəvət üçün namizədlərin şəxsi səhifələrinə məlumat göndərilib.

Xüsusi təhsil müəssisələrinə işə qəbul üçün müsahibələr 26 avqust tarixində Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov, 6/10) təşkil olunacaq. Müraciət edən namizədlər arasından yaşayış yeri və imtahan nəticəsi nəzərə alınmaqla 161 namizəd seçilib və onlar müsahibəyə dəvət edilib. Namizədlərdən müsahibəyə gələrkən bütün zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədi, ali və ya orta ixtisas, magistratura, eləcə də yenidənhazırlanma təhsili haqqında sənədin əsli və ona əlavəni, xarici ölkələrdə alınmış təhsilin tanınması və ekvivalentliliyi haqqında şəhadətnaməni) özü ilə gətirmək tələb olunur.

Müsahibə zamanı qeyd olunan sənədlər, xüsusilə elektron ərizədəki “Təhsil haqqında məlumatlar” bölməsində qeyd edilən təhsil pillələrinə dair bütün sənədlər yoxlanılacaq.

Müsahibəyə dəvət olunan namizədlərin seçimi zamanı onların biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti yoxlanılacaq.

Müsahibədə uğur qazanan şəxslərlə 2022-2023-cü tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.

Qeyd edək ki, vakansiya seçimi 10-12 avqust tarixlərində həyata keçirilib.

www.yenicag.az

240
Ads
www.veteninfo.com
!Reklam – Arxiv