Azərbaycanda ictimai-siyasi xadim, şair-publisist kimi tanınan “Həmrəylik” Türkdilli Xalqların Slavyan Xalqları ilə Birgə Əməkdaşlıq Fondunun qurucusu, Rusiyanın Novosibirsk vilayətində Azərbaycan diasporasının rəhbələrindən biri Mirkazım Seyidovun ailəsinə ağır itki üz verib. Mirkazım Seyidovun qardaşı oğlu Mircəlal Mirəli oğlu Seyidov 25 yaşında faciəli şəkildə həlak olub.
Ailəsi ilə birlikdə yaşadığı Novosibirsk şəhərində ağır yol qəzasına düşən Mircəlal Seyidov xəstaxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyib. 3 gün komada qalan Mircəlal Seyidov dünən dünyasını dəyişib.
Mərhumun Azərbaycana gətiriləcəyi və Naxçıvanın Sədərək rayonunda dəfn olunacağı bildirilir.(Azpolitika)
www.yenicag.az