MİT-dən Gülənin diplomat-biznesmenlərinə “fəxri zərbə”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Milli Kəşfiyyat Təşkilatının (MİT) verdiyi məlumatlara əsasən 50 fəxri konsulun məlumatlarının yenilənmədiyini bildirib. Buna səbəb həmin şəxslərin Türkiyə əleyhinə apardıqları anti-təbliğat olub.
Yenicag.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlu bu xəbəri təsdiqləyib: “MİT-dən aldığımız məlumata görə, həmin şəxslər Paralel Dövlət Şəbəkəsinin içində yer alan iş adamlarıdır və Türkiyə dövləti əleyhinə fəaliyyət göstərirlər”.
Nazir həmin şəxslərin Türkiyənin gizli sənədlərini xarici kəşfiyyat orqanları ilə paylaşdıqlarını bildirdi.