Azərbaycan Ordusunun bölmələri tərəfindən guya iyunun 9-u saat 18:30-da Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularını daşıyan avtomobilə atəş açılması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.
Bu barədə Yenicag.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildiriblər.
“Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – Azərbaycanın Müdafiə Nazirliyindən qeyd edilib.