!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MN və XİN-də kadr dəyişikliyi olacaq? - Politoloqdan İDDİA

!Reklam – Yazi

Azərbaycanda prezidentin fərmanı ilə bir neçə qurum ləğv edilib.

2018-ci ilin sonundan başlayaraq ölkədə bəzi dəyişikliklərin olacağı iddia edilirdi. Milli Məclisin buraxılacağı, bəzi nazirlərin  postundan gedəcəyi və bir çox qurumun ləğv olunacağı deyilirdi. Bu mənada dövlət idarəetmə orqanlarında ciddi struktur və kadr islahatları gözlənilən bir addım idi.

Mütəxəssislər iddia edir ki, bu dəyişikliklər hələ başlanğıcdır. Yaxın zamanda bir neçə qurumun da ləğv ediləcəyi, bəzilərinin isə birləşdiriləcəyi deyilir.

Qurumların ləğv edilməsi və ölkədə gözlənilər dəyişiklikləri politoloq Elşən Manafov Yenicag.az-a şərh edib.

Elşən Manafov bildirib ki, 10 milyonluq Azərbaycan üçün 40-dan çox nazirlik və komitə həddindən artıq çoxdur:

“Müqayisə üçün bildirək ki, 1.5 milyardlıq Çində nazirliklərin sayı 18-dir. Azərbaycanda nazirliklərin və komitələrin sayının çox olması dövləti, əhalini, ekspertləri də düşündürürdü. Bütün bu proseslər bir qayda olaraq Azərbaycan prezidentinin diqqət mərkəzində idi. Ona görə də, o qurumların fəaliyyətinə xitam verildi. Bu gün dərinləşən iqtisadi böhran, neftin qiymətinin aşağı düşmə ehtimalı hökuməti bu addımları atmağa məcbur edir. Azərbaycanın dövlət büdcəsi neft və qaz satışından əldə edilən gəlirlər hesabına formalaşır. Bu ilin dövlət büdcəsində neftin qiyməti 60 dollardan hesablanmışdı. Ehtimallar var ki, dünya bazarında neftin qiyməti aşağı düşəcək. Bu isə Azərbaycan hakimiyyətini büdcə imkanlarından daha səmərəli istifadə etməyə, dövlət idarəçiliyini təkmilləşdirməyə, paralel funksiyaları yerinə yetirən müəyyən dövlət komitələrinin işinə xitam verməyə sövq edir. Etiraf etmək lazımdır ki, bu komitələrin fəaliyyətinə xitam verildikcə ölkədə islahatların aparılması üçün əlavə vəsait əldə olunur.

Prezidentin bu fərmanı dövlət orqanlarının və gələcəkdə siyasi sistemin də təkmilləşməsinə yönəldiləcək”.

“Azərbaycan iqtidarında 25-30 ilə yaxındır ki, nazir postunu tutan şəxslər var” deyən, politoloq həmin şəxslərin yəqin ki, etimadı doğrultduğu üçün o postda qaldığını bildirib:

“Çox böyük ehtimal var ki, həmin nazirliklərə yeni nəfəs verməyə və ciddi kadr islahatları aparılmasına zaman etibarı ilə ehtiyac yaranıb. Düşünürəm ki, 2019-cu il üçün Qarabağ probleminin həllində dönüş ili ola biləcəyi ilə bağlı Azərbaycan prezidentinin məlum bəyanatını nəzərə alsaq, ən azı problemin həllinə təkan verə biləcək nazirliklərdə dəyişiklik etmək İlham Əliyevin diqqət mərkəzində olacaq”.

Səxavət Məmməd

www.yenicag.az

12529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv