!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mobil rabitə bazarında Azercell hegemoniyası – Monopolistlərin izi ilə… – Araşdırma

!Reklam – Yazi

0115_bundles_of_dollars_for_finance_stock_photo_Slide01“Akhundoff Networks”, “ ABC Telecom”,“İntegralPlus”  – bu üç şirkət bazara hansı “qaydalar” əsasında nəzarət edir?

Oxucularımızın çoxuna məlumdur ki, Azərbaycanda mobil telefon nömrələri ilə bağlı “xüsusi” şərtlər var. Bu “xüsusi” şərtlər də məhz nömrələrin qiymətləri ilə bağlıdır. Belə ki, bazarda “zerkalnı” nömrələr var ki, onlar 500, 1000, 2000 manat və hətta daha baha – “Bentley” qiymətinə belə satılır. Lakin bu qiymətlər hansı əsasla və ən əsası, hansı qanuna əsasən müəyyən olunur, bu nömrələrin qiymətləri vergi sənədlərində necə rəsmiləşdirilir… Bu barədə çox az adam bilir. Çünki ictimaiyyətə dolğun məlumat verilmir. Bu məsələ ilə bağlı bir müddət əvvəl də yazmışdıq. Bu günlərdə yenidən araşdırma aparmaq, ictimaiyyəti məlumatlandırmaq istədik. Amma təəssüf ki, söhbət əsas məqama – nömrələrin qiymətinə gəldikdə müsahiblərimiz “kommersiya sirri” bəhanəsi ilə cavab verməkdən imtina edirlər. Bu barədə bir az sonra…

1386015655azersel“Azercell Telecom” özünün məhsullarını, xüsusilə də “kontur” (balans artırma) kartları və nömrə simkartlarını distribütorlar və dilerləri vasitəsilə reallaşdırır. Lakin bu mexanizmin özəlliyi diqqət çəkir. Belə ki, bundan qabaq əldə etdiyimiz məlumata görə, “Azercell Telecom”un məhsullarının satışı müəyyən bir “ierarxik” sistem əsasında həyata keçirilir: əvvəlcə məhsullar üç üst distribüterə satılır, daha sonra isə digər distribüterlər və dilerlərə paylanılır. Məlumatda qeyd olunur ki, başqa şirkətlər, daha doğrusu, dilerlər “Azercell”lə birbaşa alqı-satqı yarada bilməzlər. Bu şəbəkədə məşhur hüquqşünas, “Putinin dostu” kimi tanınan İlham Rəhimovun kürəkəni Araz Mehdiyevə və sabiq DİN başçısı Məhəmməd Əsədovun oğlu Rasim Əsədova məxsus olduğu deyilən “Baktel” şirkətinin yer aldığı da qeyd olunur.  Məlumata görə, mexanizm belədir: “Azercell” şirkəti nömrələri və kartları “Akhundoff Networks”, “ ABC Telecom”,“İntegralPlus”  şirkətlərinə satır. Azercell şirkətində 10 min ədəd nömrənin maya dəyəri 41 min manat təşkil edir. Ancaq monopolist oскачанные файлы (3)lan bu 3 şirkət həmin nömrələri alt distribüterlərə və yaxud da dilerlərə 200 min manata satırlar. Yəni bu şirkətlər heç nə etmədən hər nömrə seriyasından 160 min manat qazanc əldə edirlər. Ona görə də Azərbaycanda mobil xidmətin dəyəri ən bahadır. Bu isə vətəndaşların narazılığına səbəb olur. Belə ki, məlumatda qeyd olunana görə, üst distribüterlər “Azercell” verdiyi malı bölür, öz aralarında kvota yaradırlar, sonra alt distribüterlər və dilerlər qurum yaradaraq öz aralarında kvota müəyyən edirlər. Məsələn, 050 400 00 00 nömrəsindən 050 400 99 99 nömrəsinə qədər 10 min ədəd nömrə mövcuddur. Lakin heç kimə sirr deyil ki, “zerkalnı”, yəni, rəqəmləri üst-üstə düşən, yaddaqalan nömrələr fərqli qiymətlərlə satılır. Bəzən bir nömrə 70-80 min manata satıla bilir. Lakin bu nömrələrin hamısı eyni qiymətlə rəsmiləşdirilir…скачанные файлы (1)

Mənbə bildirir ki, bir neçə il ərzində formalaşmış sistem özünün “pik” nöqtəsində sabiq “Azercell” prezidenti (daha sonra Moldovanın baş naziri olmuşdu – red.) Kiril Qaburiçin vaxtında çatmışdı. Ötən il bildirmişdik ki, bir qrup sahibkar “TeliaSonera”ya müraciət edərək “Azercell”in yaratdığı “ierarxik” sistemə son qoymağı xahiş etmişdilər. Həmin məktubda bildirilirdi ki, “ierarxik” sistemə NLT, BakTell, Novotech, Elz-Line, Klik, A & T mobile, Cenub, West mobil, İnam və Turkan telekom kimi şirkətlər daxildir. Məktubda “Azercell”ə məxsus nömrə və kartların satış mexanizmi də göstərilib. “Azercell” öz məhsulunu “Axundoff” ABC və “İntegralPlus”a satır. Onlar isə həmin məhsulları aşağı distribüterlərə satır və növbəti etapda məhsulu sahibkarlar alır və realizə edirlər. Müraciətdə hətta qeyd olunurdu ki, “Azercell” şirkətinin aylıq 21 milyon istehsal olunan danışıq kartlarını, qeyri- qanuni yaradılan bu qurum 19 milyona endirir ki, bazarda qıtlıq yaradaraq danışıq kartlarının qiymətlərini süni şəkildə qaldırsınlar və bundan da ən çox əziyyət çəkən sahibkarlar və market müdirləri olur”.63297

Ötən il xəbər verdiyimiz kimi, mənbə yeni prezident Vahid Mürsəliyevin dilerlərə güzəştə getmək istədiyini, hətta “NLT Telekom”un şirkətlə birbaşa alqı-satqı barədə razılaşdığını, lakin əsas distribüterlərın “Azercell”ə təzyiq göstərdiyini bildirmişdi: “Beləliklə, həmin şəbəkə öz mövcudluğuna əvvəlki qaydada davam edir”. Məsələ ilə bağlı “Azercell” şirkətinə sorğu göndərmiş, şirkətin prezidenti Vahid Mürsəliyevdən cavab məktubu almışdıq. Həmin məktubda ittihamların əsassız olduğu, məsələdə dilerlərin məsuliyyət daşıdığı deyilirdi. Biz mobil telefon nömrələrinin baha qiymətə satılması və “ierarxik” sistemin yaradılması ilə bağlı bu il martın 16-da “Azercell” şirkətinə yenidən sorğu göndərdik və hazırda cavab gözləyirik. Sorğumuzda əlaqə saxladığımız şirkət nümayəndələrinin fikirlərini də qeyd etmişik və ictimaiyyətə də təqdim etməyimizi gərəkli hesab edirik.скачанные файлы Belə ki, “Akhundoff Network” şirkətinin direktoru Nizami Süleymanov əməkdaşımız ilə söhbətində “Azercell”in üç əsas distribüterindən biri olduqlarını təkzib etmədi: “Biz “Azercell”in məhsullarını alırıq, başqa distribüter və dilerlər də bizdən alırlar”.

O, bu prosedurun “müəyyən qayda” əsasında həyata keçirildiyini bildirdi: “Bunu “Azercell” müəyyən edir”. N.Süleymanovun sözlərinə görə, distribüter və dilerləri də “Azercell” müəyyən edir, habelə, onları əsas distribüterlərə yönəldir. N.Süleymanov “Azercell” ilə ticarət dövriyyəsi barədə danışmadı: “Bu barədə danışa bilmərəm. Çünki bilmirəm. Bilmədiyim şeyi deyə bilmərəm”. Direktorun bunu bilmədiyinə inanmağa çalışaraq, növbəti suala keçdik: “Nömrələrin qiyməti və onlarla bağlı vergi sənədləşdirilməsi hansı qaydada tənzimlənir?”. Təəssüf ki, bu sualımıza da konkret cavab ala bilmədik. Nizami Süleymanov ancaq “nömrələri topdan aldıqlarını və topdan da satdıqları”nı bildirdi. Lakin N.Süleymanov “gold” nömrələrdə müəyyən “fərq” olduğunu istisna etmədi. Biz “Akhundoff Networks”un direktoru ilə söhbətimizdə həmin “fərq”in nədən ibarət olduğunu aydınlaşdıra bilmədik. “ABC Telecom”un meneceri Emil Əliyev isə əksər suallarımıza “kommersiya sirridir, sizə deyə bilmərəm” deyə cavab verdi. Şirkət təmsilçisi bildirdi ki, onlar həm dilerlərə topdan, həm də pərakəndə satış həyata keçirirlər: “Bunu “Azercell” müəyyən edib”.1425560501

Lakin E.Əliyev etiraf etdi ki, nömrələr arasından “fərqlənən” nömrələr də seçilir və onların arasında qiymət fərqləri da var: “Qiymətləri sizə deyə bilmərəm bu kommersiya sirridir. Yaxşı olar ki, “Azercell”lə əlaqə saxlayasınız”. Adıkeçən üçüncü şirkət –“İntegralPlus”a da zəng etdik. Bizimlə danışan satış meneceri Fuad Məmmədov da ticarət dövriyyəsi barədə məlumat verməkdən imtina etdi. F.Məmmədov digər həmsöhbətlərimizdən fərqli olaraq, daha aydın şəkildə etiraf etdi ki, “gold” nömrələrin qiymətlərində fərq var və bu nömrələr “nisbətən baha qiymətə” satılılr. “Bundan “Azercell”in də xəbəri var, onlarla əlaqə saxlasanız yaxşı olar”, – deyə F.Məmmədov tövsiyə verdi. “Mənə maraqlıdır, nəyə görə, başqa şirkətlər birbaşa “Azercell”dən nömrə ala bilməzlər?” – deyə soruşduq.b89f22a31617c8c805938f0304f0dfaa

“Qayda belədir”, – deyən “İntegralPlus” un nümayəndəsi bizim “qaydanı kim müəyyən edib?” sualına dəqiq cavab verə bilmədi: “Deyə bilmərəm, hər halda, “Azercell”dən soruşun”. Yuxarıda qeyd etdiyimiz kimi, “Azercell”in mətbuat xidmətinin əməkdaşı Günay Məmmədli ilə əlaqə saxladıq, o bizim sualı dinlədikdən sonra yazılı müraciət etdməyi xahiş etdi. Yazılı müraciətimizə cavab aldığımız zaman, şübhəsiz ki, həmin cavab məktubunu da dərc edəcəyik. Məsələ ilə bağlı hüquqşünas Ramiz Zeynalovun fikrini soruşduq.скачанные файлы (2)R.Zeynalov bildirdi ki, “Azercell”in özü də mobil rabitə bazarında monopolist şirkət kimi tanınır. “Çox ehtimal ki, belə bir sistem var və şirkətlər öz aralarında razılaşıblar. Əminəm ki, bütün nömrələr eyni qiymətə sənədləşdirilir və “gold” nömrələrə görə də heç bir vergi verilmir. Mənə də bu yaxınlarda bir nömrəni 30 min manata təklif etmişdilər. Bahalı nömrələrin bazarda satışı heç kimə sirr deyil. Çox güman ki, bundan “Azercell”in də xəbəri var və onlara da müəyyən məbləğ çatır. n1Mütləq dövlət qurumları tərəfindən araşdırma aparılmalıdır”, – deyə tanınmış vəkil vurğulayıb. İnternetdə bahalı nömrə satışı ilə məşğul olan “nomrem.az” saytının ofisinə də zəng etdik və müəyyən etməyə çalışdıq ki, biri 500-600 manata və daha baha qiymətlərə satılan nömrələrin satışını hansı şirkətin razılığı və hansı müqavilə əsasında həyata keçirirlər. Bizimlə danışan xanım əməkdaş “bir dəqiqə” deyərək bizi xəttə saxladı, sonradan dəstəyi asdı. Sonrakı dəqiqələrdə isə telefonumuzu götürən olmadı. Məsələnin vergi tərəfini də araşdırmaq üçün, Vergilər Nazirliyi ilə əlaqə saxlamağa çalışdıq. Lakin həmişəki kimi, bizim zənglərimiz cavabsız qaldı. Mövzu ilə bağlı araşdırmamız davam edir. Əlavə fikir və informasiya olduqda dərc etməyə hazırıq. /Qafqaznews.az

COP29

www.yenicag.az

1262
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv