Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Moldovada diaspor fəaliyyətini baltalayan Elçin Bayramov: Soydaşlarımız şikayətçidir

Son vaxtlar xarici ölkələrdə güclü Azərbaycan diasporu formalaşsa da, Moldovada tam əksi olaraq Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramovun qanunsuz əməllərinə görə diaspor inkişaf edə bilmir.

Yenicag.az xəbər verir ki, Moldovada 5 minə yaxın soydaşımız yaşasa da, Elçin Bayramov onların bir araya gəlməsinə bütün vasitələrlə mane olur.

Elçin Bayramov həmvətənlərimiz arasında intriqalar yaratmaqla diasporumuzu parçalayan bir adam kimi tanınır. Bir sözlə, diasporumuzun işinin normal inkişafına əngəl yaradan Moldovadakı nüfuz sahibi olan soydaşlarımıza qarşı iyrənc planlar əsasında başladılan qəbuledilməz qarayaxma kampaniyalarının əsas sifarişçisinin də Elçin Bayramov olduğu məlumdur. Onun bu əməlləri həm də “düşmən dəyirmanına su tökməkdən” betər bir biabırlıq , milli diasporumuzun tarixinə qara ləkə vurmaqdır.

Elçin Bayramov şəxsi biznesinə çevirdiyi MAK Vətən müharibəsi başlayan gündən Azərbaycan Prezidentinin çağırışına belə qoşulmadı. Dünyanın hər yerində azərbaycanlılar ayağa qalxıb vətənimizə dəstək məqsədilə yürüş-mitinqlər keçirib, müxtəlif beynəlxalq təşkilatlara, səlahiyyətli şəxslərə minlərlə bəyanat ünvanlasa da, Elçin Bayramov susmuşdu.

www.yenicag.az

197
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100