!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Molla rejiminin MESAJI: "Bu, nəinki Azərbaycana, müttəfiq ölkələrə də təhdiddir" - MÖVQE

!Reklam – Yazi

“Bir il keçməz, İrandakı molla rejimi devriləcək”.

Bunu İranın Azərbaycan sərhədində hərbi təlimlər keçirməsi və bunun Azərbaycan və onun müttəfiqlərinə mesaj olmasını şərh edən sabiq millət vəkili, politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, İranın son atdığı addımlar həm də Rusiyaya mesajdır:

“44 günlük Vətən müharibəsi zamanı Xudafərin körpüsü istiqamətində Azərbaycan ordusu Ermənistan ordusunu sıxışdıran zaman İran tərəfi şərait yaradıb ki, onlar təqiblərimizdən qaçsınlar.

Astara yolunun inşası ilə əlaqədar İrana 500 milyona yaxın təmənnasız kredit vermişik. Hələ o yol hazır deyil. Vətən müharibəsindən sonra İran rəsmilərinin dilindən Azərbaycana qarşı təhdidlər yağdırılmağa başlandı. İranın keçirdiyi son hərbi təlim birinci deyil. Bundan əvvəl də İran tərəfi hərbi təlim keçirdi. Prezident İlham Əliyev də bildirdi ki, Azərbaycan torpaqları işğal altında olan zaman İran tərəfi bir dəfə də o istiqamətdə hərbi təlim keçirmirdi, ancaq indi hərbi təlimlərə başlayıb. Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra İran hərbi təlimlərə start verdi. Bu, nəinki Azərbaycana, Azərbaycanın müttəfiqləri – Türkiyə, Pakistan, İngiltərə, İsrailə təhdiddir. Bu hətta Rusiyanın özünə qarşı təhdiddir. Çünki üç tərəfli bəyanatın qarantı Rusiyadır.

Burdan belə nəticə çıxır ki, Zəngəzur dəhlizinin açılması ilə əlaqədar İran maneə yaradır, Türk Dövlətləri Birliyinin yaranmasına və inkişafına qarşı çıxmaq istəyir. Bu birbaşa İranın etdiyi Azərbaycan və müttəfiqlərinə qarşı təhdiddir və bunun da cavabı verilməlidir.

Bir il keçməz ki, İran molla rejimi məhv olacaq. 1978-ci ildə hadisələr baş verdi və 1 ildən sonra İranda mollalar hakimiyyətə gəldi. Biganə qalmaq olmaz, əksinə, bunun baş verməsinə köməklik etmək lazımdır”.

Səxavət Məmməd

www.yenicag.az

553
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv