!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskva tərəfdaş axtarışında: Rusiya Qərbə hansı mesajları verir? - Putinin ultimatum xarakterli şərtləri

!Reklam – Yazi

 

“Rusiya prezidenti Vladimir Putinin Şimali Koreya və Vyetnama səfəri onu göstərir ki, Moskva özü üçün tərəfdaş axtarışındadır. Eyni zamanda, bu əməkdaşlıq hərbi-siyasi sahəni də əhatə edir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Siyasi təhlilçi Rusiya prezidenti Vladimir Putinin KXDR və Vyetnam səfərlərindən söz açıb.

İ. Hüseynov diqqətə çatdırıb ki, Putinin səfərinin pərdəarxasında silahların alınması, təhlükəsizlik sisteminin gücləndirilməsi və bir-birinin ərazi bütövlüyünə təhlükəsizlik zəmanətlərinin verilməsi əsas prioritetdir və siyasi gündəliyin özəyini təşkil edir:

“Düşünürəm ki, KXDR ilə Rusiya arasında imzalanan saziş əsas etibarilə təhlükəsizlik seqmentini əhatə edir. Yəni dövlətlərə qarşı təcavüz olarsa, bir-birinin suverenliyini müdafiə etmək burada xüsusi anlam kəsb edir.

Digər tərəfdən, muzdlular, silah-sursatlar, eyni zamanda, təhlükəsizlik istiqamətində aparılan danışıqların ümumi nəticəsi həm də bu dövlətləri bir qədər də yaxınlaşdırır. Rusiya hazırda Qərb tərəfindən məhdudiyyətlərə, sanksiyalara məruz qalır və belə olan halda, şübhəsiz ki, Rusiyanın geopolitik orbiti ətrafında birləşən dövlətlər bu gün Moskva üçün çox önəmlidir. Həmçinin burada Qərbə də mesajlar verilir”.

Onun sözlərinə görə, Şimali Koreya da, Vyetnam da öz quruluşuna və idarəetmə aparatına görə, xüsusilə də Rusiyanın keçmişi – SSRİ ilə daha çox yaxındır və hazırkı idarəçilik forması ilə də uyğunluq təşkil edir:

“Bu baxımdan, sözügedən dövlətləri həm də ideoloji birlik yaxınlaşdırır və xüsusilə də Qərbə qarşı addımlar, habelə xüsusi mesajlar həmin səfərlərin ümumi kontekstini təşkil edir. Adıçəkilən səfərlər nəticəsində Rusiya daha da güc toplayıb, Ukrayna cəbhəsində irəliləmək məqsədlərini irəli sürəcək. Bundan əlavə, Vladimir Putinin Ukrayna müharibəsinin həll olunması istiqamətində daha çox ultimatum xarakteri daşıyan şərtləri irəli sürməsinin ardınca Moskva müdafiə qabiliyyətini gücləndirərək tutduğu ərazilərdə daha da möhkəmlənəcək”.

Rafi Müslümov

COP29

www.yenicag.az

332
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv