Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvada törədilən terror aktı ilə bağlı Dağıstanda bir qrup əcnəbi kişini saxlayıb. Saxlanılan şübhəlilər silah daşıdıqlarını və hücumu maliyyələşdirdiklərini etiraf ediblər.
Yenicag.az xəbər verir ki, bu barədə TASS agentliyi FTX-yə istinadən məlumat yayıb. Məlumata görə, dünən Rusiyanın cənub bölgəsində, Dağıstanda Moskvada törədilən terror aktı ilə əlaqəsi olduğu müəyyən edilən bir qrup şəxs saxlanılıb.
Saxlanılan əcnəbi şübhəlilər Moskva konsert zalında terror aktını həyata keçirən hücumçulara silah ötürdüklərini və onları maliyyələşdirdiklərini etiraf ediblər.
Saxlanılan 4 nəfərdən biri Moskvada hücum edənlərə silahı şəxsən gətirdiyini etiraf edib.
Martın 22-də axşam saatlarında Moskvada konsert salonunda baş verən və terror təşkilatı İŞİD-in üzərinə götürdüyü hücumda 144 nəfər həyatını itirib.
Yenicag.az
www.yenicag.az